http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Xalqımıza qarşı 31 Mart Soyqırımını törədənlər niyə cəzasızdır?

31 Mart 2023 , 13:35
Xalqımıza qarşı 31 Mart Soyqırımını törədənlər niyə cəzasızdır?
Bakıda Şah məscidi 1918-ci il 31 mart hadisələrindən sonra

Tarixin bu günü Azərbaycan xalqına olan ədalətsizlik, vəhşiliklərə yadda qalır.

Təəssüflər olsun ki, dünyada bu haqsızlıqlara, insanlıq kitabında rast gəlinməyən vəhşiliklərə göz yuman dövlətlər var. Bu soyqrımında 50 min azərbaycanlı qətlə yetirilib, minlərlə şəxs itkin düşüb. Bəs görəsən, bu cinayətin cəzasız qalmasının səbəbi nədir?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov “Operativ Media”ya  açıqlamasında qeyd edib ki, dünyada ikili standartlar, qərəzli münasibətlər mövcuddur. Belə olduqda isə bəzi cinayətlər ört-basdır edilir ki, bu da qəbulolunmaz bir faktdır:

“1918 ci-il 31 mart Azərbaycanlıların Soyqırımı Günü dünya tarixində görünməmiş vəhşilikləri ilə yadda qalıb. Bu faciədə minlərlə azərbaycanlılar, hamilə qadınlar, uşaqlar, qocalar, xüsusi işgəncələrlə, amansızlıqla qətlə yetirilmiş və onlara qarşı zorakılıq həyata keçirilmişdir. Bu olanlar insanlıq və bəşəriyyət əleyhinə cinayətdir.
Azərbaycanın Baş Prokurorluğu, cinayətkarların cəzalandırılması haqqında əməliyyat keçirir, bu haqda cinayət işi açıb. Ötən gün Azərbaycanın insan hüquqları üzrə müvəkkili baş vermiş faciə ilə bağlı bəyanat yaydı. Yəni Azərbaycanın bütün dövlət orqanlarını böyük faciənin cinayətkarlarının cəzalandırılması istiqamətində fəaliyyəti birləşdirir. Eyni zamanda, bildiyimiz kimi dünyada ikili standartlar, qərəzli münasibətlər mövcuddur, belə olduğu təqdirdə isə bəzi cinayətlər ört-basdır edilir, bu da qəbulolunmaz bir faktdır.

Biz çox istərdik ki, bu cinayətlər cəzasız qalmasın, əgər 31 mart azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, vaxtında hüquqi qiymətini alsaydı, bundan sonra dünya tarixində baş vermiş belə cinayət olmazdı. 
Bir faktı da diqqətinizə çatdırım ki, Xocalı faciəsini törədənlər öz cəzasını alsaydı, bu gün dünyada baş verən xaos, anarxiya olmazdı.

Qeyd etmək istəyirəm ki, cəzasızlıq cinayətkarları daha da ilhamlandırır və yeni cinayətlər üçün yol açır. Azərbaycan illərdir xalqımıza olan haqsızlıqların, zorakılıqların, cavabını qazandığı tarixi zəfərlə verib. Ərazi bütövlüyünü bərpa etməklə, bütün dünyaya gücünü, qüdrətini nümayiş etdirib.
Azərbaycan Respublikası hazırda hüquqi zəmində çəkişmələr həyata keçirir, ədaləti bərpa etmək istəyir. Azərbaycan güclü dövlətdir, bunu istər siyasi, diplomatik, hüquqi, istərsə də hərbi sahədə sübut edib. Bu isə dünya ölkələrinin Azərbaycana olan inamını artırır”.

Ayşən Azadova
 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

XƏBƏR LENTİ
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
Menyu