http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslərin məhkəməsi başlayır

31 Mart 2023 , 16:53
Torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslərin məhkəməsi başlayır

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsində yol verilən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qeyd olunan idarənin sabiq rəisi Ayxan Səfərovun xidməti səlahiyyətlərinin icrası zamanı Arxiv şöbəsinin sabiq müdiri Dəyanət Atakişiyevin köməkliyi ilə Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. 

Ayxan Səfərov və Dəyanət Atakişiyevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.  

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu