http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

31 mart soyqırımı ilə əlaqədar silsilə anım tədbirləri keçirilib

31 Mart 2023 , 17:44
31 mart soyqırımı ilə əlaqədar silsilə anım tədbirləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

Anım mərasimlərində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıblar.

Anım tədbirlərində ədəbi-bədii kompozisiyalar, fotosərgilər, sənədli filmlər nümayiş etdirilib.

Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.

OXŞAR XƏBƏRLƏR
Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Xocavəndin hərbi komissarı həbs edilib

Xocavəndin hərbi komissarı həbs edilib

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu