http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Gömrük postundan kənar pul vəsaitinin keçirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin məhkəməsi başlayır

01 Aprel 2023 , 11:14
Gömrük postundan kənar pul vəsaitinin keçirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin məhkəməsi başlayır

Gömrük postundan kənar pul vəsaitinin keçirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs bərəsində cinayət işi məhkəməyə göndərilib
 
Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru Cavid Məmmədovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Cavid Məmmədovun ayrı-ayrı vətəndaşlara gömrük nəzarət postundan keçid üzrə yoxlama prosedurlarının sürətli icra edilməsi, eləcə də pul vəsaitlərinin gömrük nəzarət postundan kənar keçirilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

ICESCO nümayəndə heyəti Ağdamda olub

ICESCO nümayəndə heyəti Ağdamda olub

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 19:16

    Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib
  • 19:11

    Estoniya - Azərbaycan: Heyətlər açıqlandı
  • 18:55

    Con Podesta: Hazırda bütün dünyanın gözü Azərbaycandadır
  • 18:48

    Ballistik raketlərin Rusiyaya ötürülməsi iddiasına görə İrana qarşı sanksiya tətbiq ediləcək
  • 18:29

    Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb
    Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb
  • 18:20

    ICESCO nümayəndə heyəti Ağdamda olub
  • 18:18

    Alaudinov: Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki texnikasının 70 faizi artıq məhv edilib
  • 18:09

    Mesut Özilin Bakıya gəlmə səbəbi bilindi
Menyu