http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanın Baş prokuroru Gürcüstana gedib

26 Sentyabr 2022 , 11:24
Azərbaycanın Baş prokuroru Gürcüstana gedib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisiyə işgüzar səfərə gedib.

Nümayəndə heyəti tərəfindən Tbilisidə Ulu öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.

Sentyabrın 24-də Assosiasiyanın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilata yeni üzvlərin qəbul edilməsi, İcraiyyə Komitəsinin fəaliyyətinə dair hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. 2024-cü ilin sentyabrında ölkəmizdə keçiriləcək Assosiasiyanın 29-cu illik konfransı və ümumi yığıncağı, həmçinin növbəti ilin may ayında Türkiyənin İstanbul şəhərində regional konfransı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan və Gürcüstan baş prokurorlarının geniş tərkibdə görüşü keçirilib. Səmimi qəbula və Azərbaycanın nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə həmkarına təşəkkürünü bildirən Kamran Əliyev ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Baş prokuror həmkarına dünya ölkələrinin prokurorlarını bir araya gətirən beynəlxalq tədbirin işinə uğurlar arzu edib. İrakli Şotadze öz növbəsində xoş sözlərə görə təşəkkürünü bildirərək cari ilin iyul ayında ölkəmizə işgüzar səfəri zamanı əldə olunmuş razılıqların hər iki tərəf üçün faydalı və əhəmiyyətli olacağını vurğulayıb. Tərəflər konkret cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərini müzakirə edərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb. Görüşdə ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edib.

Həmçinin, Böyük Britaniyanın Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill ilə keçirilən görüşdə  hüquq mühafizə orqanlarımız arasında əlaqələrin genişlənməsinin zəruriliyi, xüsusilə də ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Habelə, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı əsasında Azərbaycanın Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının hazırki mərhələsi və Britaniyada aparılan araşdırma ilə bağlı fikir mübadiləsi aparılıb, günahkarlar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının labüdlüyü qeyd olunub.

Nümayəndə heyətinin səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu