http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Adına daşınmaz əmlak­ın olub-olmamasını necə müəyyən etmək olar? - VİDEO

03 Aprel 2023 , 10:50
Adına daşınmaz əmlak­ın olub-olmamasını necə müəyyən etmək olar? -  VİDEO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidməti vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.

Bu barədə "Operativ Media"ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu xidmət adına daşınmaz əmlakın olub-olmaması barədə arayışın alınmasını vətəndaş üçün daha əlçatan edib. Belə ki, şəxs bu arayışı Xidmətin ərazi idarələrinə müraciət etmədən elektron qaydada da əldə edə bilir.

Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə keçid edib şəxsə aid tələb olunan məlumatları (şəxsiyyət vəsiqəsinin seriya, nömrə və FİN kodu) daxil edərək xidmətə giriş edilir. Açılan pəncərədəki müvafiq bölmələri doldurduqdan sonra müraciət göndərilməlidir. Daha sonra təsdiqetmə bildirişi ekranda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.

Arayış hazır olduqdan sonra elektron formada imzalanır və müraciət edən şəxsə xidmət haqqının ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az)  “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidmətə daxil olub, “Elektron arayışlarım” bölməsindən daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayış ilə tanış olmaq mümkündür.

Adıçəkilən elektron xidmətin istifadə qaydası ilə bağlı video təlimata bu linkə (https://bit.ly/3uKlHGU) daxil olaraq baxmaq olar.   

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu