http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mayın 30-da 2-ci Xəzər Su İnnovasiya Forumu keçiriləcək

03 Aprel 2023 , 10:57
Mayın 30-da 2-ci Xəzər Su İnnovasiya Forumu keçiriləcək

Bu il ölkəmizdə növbəti Xəzər Su İnnovasiya Forumu (Caspian Water İnnovation Forum) 30 may 2023-cü il tarixində Baku Marriott Hotel Boulevard-da keçiriləcəkdir.

Bugünkü dövrdə ölkəmizdə su təchizatı, su tullantılarının emalı, sudan qənaətli istifadə edən texnologiyaların ölkəyə cəlb olunması, su ehtiyatlarının və ətraf mühitin qorunub saxlanması kimi məsələlərin aktuallığı gündən günə artmaqdadır.

Bu sahədə aparılan islahatların və dövlət siyasətinin dəstəklənməsi, eləcə də mövcud problemlərin müzakirəsi və həlli yollarının müəyyən edilməsi məqsədilə hər il ənənəvi olaraq “Aqualink” MMC (Azərbaycan) təşkilatı, “Nijhuis Saur Industries” (Niderland),  “A. O. Smith” (ABŞ), “ARC water technologies” (Türkiyə) şirkətlərinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin dəstəyi ilə keçirilir.

Tədbir sudan səmərəli istifadə,  bu sahədə optimal  həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilmişdir.

“Gələcək üçün su” (“Water for future”) konsept mesajı ilə bu il keçiriləcək 2-ci Forumun əsas hədəfi regionda su təsərrüfatlarının idarəedilməsi, tullantı suların təkrar emalı, ekoloji sistemə təsirlərin müəyyən edilməsində yeni dünya təcrübəsinin mübadiləsi və qabaqcıl texnologiyaların nümayişi məqsədilə dövlət və özəl sektorunu bir araya gətirən müzakirə və əməkdaşlıq platformasının yaradılmasıdır.

Forumda müvafiq sahələr üzrə İsrail, Türkiyə, Yaponiya, Niderland Krallığı, Almaniya, Belçika Krallığı, Ukrayna, Qazaxıstan, Rusiya Federasiyası və digər ölkələrin aparıcı şirkətlərinin və tanınmış mütəxəssislərinin, o cümlədən 500-dən çox şirkət nümayəndələrinin, dövlət və özəl sektorunda çalışan  mütəxəssislərin iştirakı gözlənilir.

Forum bu sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl şirkətləri, beynəlxalq təşkilatları, elmi tədqiqat müəssisələrini yeniliklər və innovativ həllərlə yaxından tanış edəcək, təcrübə mübadiləsini təmin edəcək, təlim və əməkdaşlıq platforması vasitəsilə yerli mütəxəssis və sahibkarlara dəstək olacaq, sudan qənaətlə istifadə, təbii ehtiyatların qorunması və ətraf mühitə neqativ təzyiqlərin azaldılması sahəsində ixtisaslaşmış müzakirələrin aparılmasını təmin edəcəkdir.

Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan negativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində müzakirə mühitinin yaradılmasına fokuslaşacaq.

Peşəkar moderator və spiker qismində yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssisləri “Su ehtiyatlarının və təsərrüfatlarının idarəedilməsi”, “Tullantı su sistemlərinin idarəedilməsi və təkrar emalı”, “İnnovasiya və səmərəli həllər” panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.

Həmçinin Forum zamanı şirkətlərin öz məhsul və  xidmətlərini sərgiləməsi üçün şərait yaradılacaq, tədbir iştirakçıları üçün fərqli aktivliklər təşkil ediləcəkdir.

Tədbirdə ilk dəfə ölkəmizdə sudan qənaətlə istifadə edən, su təsərrüfatının idarəedilməsində səmərəli və innovativ texnologiyalara keçid edən, sənayedə tullantı suları idarəedən və təkrar emal edən müəssisələrin mükafatlandırılması məqsədilə “GREEN BUSİNESS AVVARD” mükafatı təsis edilmişdir. Mükafat öncədən müəyyən edilmiş meyarlar üzrə seçilmiş şirkətlərə tədbir günü təşkil ediləcək “GALA” konsertdə

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu