http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Razı Nurullayev: “İran özünü cığal uşaq kimi aparır”

04 Aprel 2023 , 10:30
Razı Nurullayev: “İran özünü cığal uşaq kimi aparır”
Deputatlar - Cavid Osmanov və Razı Nurullayev | Operativ Media

İran niyə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını istəmir? İranın regionda sabitliyi pozmaqda məqsədi nədir?

İran və Azərbaycanın hazırki vəziyyəti ilə bağlı Milli Məclisin deputatları “Operativ Media”ya açıqlama veriblər.

Deputat Razi Nurullayev bildirib ki, İran Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür, dövlətimizlə olan bütün körpüləri yandırıb, amma biz hələ də güzəştə gedirik:

“İranın Azərbaycana qarşı düşmənçiliyi artıq bütün hədləri aşıb. Bu artıq dövlətimiz üçün təhlükə törətməyə başlayıb, çox narahatlıq doğuran məqamlar davam etməkdədir. İran xüsusi xidmət orqanları nələrinsə müqabilində Azərbaycan vətəndaşlarını ələ alır, müəyyən şəbəkələr yaradırlar. İran dövlət əməkdaşları bu çirkin oyunlarını həyata keçirmək üçün İranda təhsil alan azərbaycanlılardan istifadə edir və ölkəmizdə terror aktı planlaşdırırlar. Bunlar onu göstərir ki, İran Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür, dövlətimizlə olan bütün körpüləri yandırıb, amma biz hələ də güzəştə gedirik. Müsəlman, qonşu dövlət kimi özümüzə məxsus olan siyasi xətti gözləyirik ki, bəlkə də səhvlərini anlayıb, üzr istəyərlər, lakin bütün bunlara baxmayaraq, onlar özlərini cığal uşaq kimi aparırlar. İranın ölkəmizlə düşmənçiliyi əsas səbəbi Azərbaycan dövlətçiliyini gözü götürməməsidir. Belə bir halda biz bunun Azərbaycan üçün hansı nəticələrə çıxarılması üzərində daha dərindən düşünməliyik və addımlar atmalıyıq. İlk növbədə  üzərimizdə dayanan vəzifə bizim xüsusi xidmət orqanlarımızın İranla bağlı insanların, onların burada əlaqələrini, əlaltılarını ,agentlərini aşkara çıxarmaq və zərərsizləşdirməkdir, çünki onların buradakı casusları maskalanıblar, bilinməyən adlar altında fəaliyyətlərini davam etdirirlər və göstəriş gözləyirlər. Belə olduğu təqdirdə, o insanların zərərsizləşdirilməsi çox vacibdir. Bu proses bitdikdən sonra biz ölkəmizdə rahat nəfəs ala bilərik. İranla sərhədlərimizi daha da gücləndirməyə ehtiyac var, göründüyü kimi İran açıq düşmənçilik müstəvisinə keçdiyindən bizdə müxtəlif müstəvidə baş verə biləcək qarşıdurrmalara hazır vəziyyətdə olmalıyıq. Ümid edək ki, Azərbaycan İranın ölkəmizə qarşı apardığı düşmənçiliyin öhdəsindən gələ biləcək və ona qarşı qüvvə qoya biləcək. Azərbaycan xalqı, ordumuz buna qadirdir”.

Millət vəkili Cavid Osmanov isə öz şərhində söyləyib ki, İran  Azərbaycanı 90-cı illərin əvvəllərindəki zəif informasiya blokadasında torpaqları işğala məruz qalan, ölkədə xaos anarxiya olan bir yerə çevikmək niyyətindədir: 

“İran əsassız ittihamları ilə düşmənçilik siyasətini daha da genişləndirməkdədir. Əvvəlcə onu qeyd etmək lazımdır ki, İran Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu müddətdə ermənilərə təyziq göstərmədi, tam əksinə, işğal altında olan torpaqlarımızın talan edilməsində İranın da  əli oldu. Burada həm infrastrukturun, mədəni, tarixi, dini abidələrin dağıdılması, talan edilməsi ekologiyamızın sosial obyektlərin, evlərin o cümlədən də narkoplantasiyalar və narkotranzit həyata keçirirdilər. Azərbaycan 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad etdikdən sonra, İran Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməyə başladı və guya bununla güc nümayiş etdirdi. İran guya Azərbaycana təsir etməyə çalışır. Azərbaycanın İrandakı  səfirliyində terror aktının törədilməsi, o cümlədən Milli Məclisin deputatı Fazil Mustafaya qarşı  yönəldilən sui-qəsdin ilkin araşdırmaları bunu göstərir ki, baş verən hadisələrdə İranın yaratdığı terror qurplaşmalarının birbaşa əli var. Şübhəsiz ki, İran bunları heç vaxt reallaşdıra bilməyəcək, çünki günü-gündən güclənən qüdrətli, yenilməz Azərbaycan var. İranın düşmənçilik siyasəti yalnız onların özünə mənfi təsir edir. İranın öz daxilində olan hərc-mərclik, insanların ayağa qalxması və bugünkü molla rejiminə qarşı çıxması, otuz milyondan çox soydaşımızın orada yaşama amili və sair bütün bunlar qarşı tərəfin özünə əks təsir göstərəcək. Beynəlxalq arenada Azərbaycanın tərəfdaşları çoxalmaqdadır. Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanla güclə, hədə-qorxu ilə danışmaq  mümkün deyil, İran indiki dönəmdə Ermənistanla dostluq, qardaşlıq edir, aralarındakı sərhədi özünün qırmızı xətti sayır, Ermənistan-Azərbaycan  münasibətlərin normallaşması qətiyyən istəmir. Bununla da Cənubi Qafqazda mövcudluğunu  yaratmağa çalışır. Güclü və qüdrətli Azərbaycanın qarşısında İran aciz bir durumdadır. İran terror aktları törətməklə heç nəyə nail ola bilməz. İranın etdiyi bu çirkin əməllər dövlətimizə heç bir təsir göstərmir, əksinə bizi daha da həmrəylik nümayiş etdirməyə vadar edir”.

Ayşən Azadova

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

XƏBƏR LENTİ
  • 23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • 22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • 22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • 22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • 22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
  • 22:05

    Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır
  • 21:49

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • 21:24

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ras-ən-Nabaa və Nuairi bölgələrinə hücum edib
Menyu