http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan cüdoçuları Türkiyədə təlim-məşq toplanışında iştirak edir

04 Aprel 2023 , 19:28
Azərbaycan cüdoçuları Türkiyədə təlim-məşq toplanışında iştirak edir

 Azərbaycan cüdoçuları aprelin 3-dən 8-ə qədər Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir. "Operativ Media" xəbər verir ki, hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 23 üzvü və gənclərdən ibarət milli yığma komandasının 14 üzvü qatılıb. 

Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qatarın paytaxtı Dohada baş tutacaq böyüklər arasında Dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi

Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi

"Neftçi" kolumbiyalı hücumçu ilə yollarını ayırdı

"Neftçi" kolumbiyalı hücumçu ilə yollarını ayırdı

Mario Balotelli yenidən Seria A-ya qayıdır

Mario Balotelli yenidən Seria A-ya qayıdır

XƏBƏR LENTİ
  • 08:18

    İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər müəyyən olunub
  • 07:57

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyada təcili eniş edib
  • 07:52

    Əl-Cəzirə: İsrailin Qəzzada Xan Yunisi vurması nəticəsində 4 nəfər həlak olub
  • 07:48

    Qırğızıstan Ali Məhkəməsinin sədri istefa verib
  • 07:20

    Rusiya XIN rəhbəri Laosa səfər edib
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
Menyu