http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

05 Aprel 2023 , 09:28
Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanla görüşündə ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iki ölkənin biznes dairələrinin iştirakı ilə ticarət missiyalarının və işgüzar görüşlərin keçirilməsi iqtisadi əlaqələrin şaxələndirilməsinə stimul verir. Elnur Əliyev Bakıda ABŞ-Azərbaycan “Yaşıl” Enerji Forumunun təşkilinin iki ölkə arasında investisiya qoyuluşlarının həcminin artırılması və bərpa olunan enerj sahəsində ABŞ təcrübəsinin tətbiqi baxımından əhəmiyyətinə toxunub. Azərbaycanın bu sahədə artıq dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq nümunələrinin olduğunu diqqətə çatdırıb.

Nazirin birinci müavini ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli layihələr barədə danışıb. Qeyd edilib ki, enerji sahəsində ABŞ-la uğurlu əməkdaşlığımız var. Bununla belə, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından, xüsusilə kənd təsərrüfatı, logistika, nou-hau və s. sahələrin böyük potensialı mövcuddur. Görüşdə ölkəmizin ABŞ üçün tranzit əhəmiyyəti vurğulanıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının daha da genişləndirilməsi üçün birgə səylərin vacibliyi qeyd edilib.

Diqqətə çatdırılıb ki, ABŞ Azərbaycan iqtisadiyyatına 18 mlrd. dollardan çox investisiya yatırıb. ABŞ-Azərbaycan Ticarət Palatası investisiya əməkdaşlığının inkişafı, ikitərəfli işgüzar əlaqələrin qurulması üçün səmərəli mexanizmdir. Bu il Birləşmiş Ştatlara təşkili nəzərdə tutulan ticarət missiyası da biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəkdir.

Arun Venkataraman ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istqamətləri barədə fikirlərini bölüşüb. Bunun üçün şirkətlər arasında işgüzar dialoqun intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ticarət və investisiya əlaqələrinin təşviqi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu