http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Xarici işlər nazirinin müavini Flippinə gedib

05 Aprel 2023 , 10:28
Xarici işlər nazirinin müavini Flippinə gedib

3-5 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippin Respublikasına səfər edib.

Səfəri çərçivəsində 3 aprel tarixində nazir müavini Elnur Məmmədovun Filippin Respublikasının xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşü baş tutub. Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb. 

4 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Filippin Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Filippin tərəfindən isə xarici işlər nazirinin müavini xanım Tereza Lazaro rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Məsləhətləşmələr zamanı E.Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb, regional və beynəlxalq təşkilatlar çərçivəsində QH-ASEAN, İqtisadi Əməkdaşlıq Təşkilatı-ASEAN əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb. 

Məsləhətləşmələrin sonunda iki ölkə arasında ilk dövlətlərarası sənəd “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Filippinin Respublikasının Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib. 

Həmçinin, Manilaya səfəri zamanı  E.Məmmədov “Manila Times” İnformasiya agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində mövcud gələcək perspektivləri haqqında suallar cavablandırıb, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. 

 

OXŞAR XƏBƏRLƏR
Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
  • Dünən
    22:54

    Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək
  • Dünən
    22:34

    Polis zabiti yol qəzasında vəfat edib
  • Dünən
    22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • Dünən
    21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • Dünən
    21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Menyu