http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bob Bləkmən Milli Məclisin Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb

05 Aprel 2023 , 16:55
Bob Bləkmən Milli Məclisin Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb

Aprelin 5-də ölkəmizdə səfərdə olan Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin görüşü olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən xəbərə görə, qonaqları salamlayan Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov görüşdən məmnunluğunu ifadə edərək, Böyük Britaniya Parlamentinin nümayəndə heyətinin üzvlərinə Mili Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb.

O, ölkələrimiz arasında uğurla inkişaf edən strateji əməkdaşlıqdan, müxtəlif sahələrdə, xüsusən də iqtisadiyyat və enerji sahələrində qurulan uğurlu münasibətlərdən söz açaraq, Azərbaycanın Cənubi Qafqazda Birləşmiş Krallığın ən böyük tərəfdaşı olduğunu bildirib. Soltan Məmmədov Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin inkişafında parlamentlərin müsbət rol oynadığını qeyd edib, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri qonaqlara Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmizin irəli sürdüyü təşəbbüslər və atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib.

Soltan Məmmədov bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları Xankəndi-Şuşa-Laçın yolunda 100 gündən artıqdır ki, etiraz aksiyası keçirirlər. Laçın yolundakı etiraz aksiyasının məqsədi talan edilmiş təbii sərvətlərimizin qanunsuz daşınmasının qarşısının alınmasıdır. Humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolunda aksiyaçılar tərəfindən mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilmir, mülki şəxslər və mülki yüklər yolda maneəsiz şəkildə hərəkət edirlər.

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ölkələrimiz arasında dostluq münasibətlərinin tarixindən söz açıb, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. O, ölkəsinin Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirərək, bu istiqamətdə dəstək verməyə hazır olduqlarını deyib.

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Nigar Arpadarai, Tural Gəncəliyev, Razi Nurullayev, Tahir Mirkişili, Mahir Abbaszadə, Kamal Cəfərov, Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov ölkələrimiz arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı, o cümlədən müxtəlif platformalarda əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Devid Duquid, London şəhərinin Harrou rayon bələdiyyəsinin üzvü Nikola Bləkmən və digər rəsmi şəxslər iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
Menyu