http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İranın qonşu ölkələrə münasibəti - münasibsizliyi - ŞƏRH

05 Aprel 2023 , 23:52
684
İranın qonşu ölkələrə münasibəti - münasibsizliyi - ŞƏRH

SEPAH-ın komandirlərindən biri Hüseyn Salami Suriyada zərərsizləşdirilən fars hərbi müşavirlərinin fotosunu paylaşdı. Bir müddət əvvəl həmin bu xəbərlər yayılanda İran rəsmiləri susurdu. Ağızlarına su alıb oturmuşdular, yaxınlarına buraxmırdılar.

Baxaq İraqa, orada SEPAH-ın ən böyük əlaqələndiricisi Qasım Süleymani öldürüldü. Əbabil quşu özü bu işə əl qoydu, dronla vuruldu. O da bölgəyə nifaq ulduzları səpən general idi. Qırmızı mundiri qanla sinonim idi

Misal yenə var, Pakistan... Rəsmi İslamabad bir neçə gün əvvəl bildirdi ki, sərhədin İran tərəfindən olan hissəsində bir qrup terrorçu iki ölkə arasında keşik çəkən hərbi patrula hücum edib. 4 əsgər ölüb. Terrorçuları İrana ABŞ təyyarəsindən zənbillə düşməyib ki... Təbii ki, İranda hazırlanıb Pakistana göndərilib.

İraqda da eyni vəziyyətdi. Vaxtilə İraqla aparılan müharibədə də molla əsası izi vardı. 1980-ci illər çox uzaq tarix deyil. İslamı məzhəblərə bölüb İraqı təhdid edirdi, müharibə aparırdı.

Azərbaycanın isə 19-cu əsrdən ərazilərini Rusiya ilə birlikdə aralalarında bölüblər. Arazı bıçaq əvəzi işlədiblər. Bölünən Azərbaycandan sonra yenə əlavə torpaqlar iddiasına düşüb. Azərbaycanın suveren hüquqlarını tanımaq istəmir. Təhdid dili ilə danışır.

Keçək Türkiyəyə, Türkiyə İranla sərhəddə qaçaqmalçılıq, PKK terror qruplaşmasının ölkəyə keçməməsi, üçün sərhəddə 3 metr hündürlüyündə beton divar çəkib. Üstünə də tikanlı məftil quraşdırılıb. Quraşdırılan həm də xüsusi sensor kameralar, dronları zərərsizləşdirən avadanlıqlardır. Çünki Türkiyənin İranla sərhədi ən təhlükəlidir Çünki adı üstündə - İran var.

Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumlarını da İrana bağlı qüvvələr həyata keçirirdi.

Fikir verirsiniz, ölkə dörd bir tərəf üçün təhlükəlidir. Baxırıq və anlayırıq, İranın qonşu dövlətlərə olan münasibətinə, daha doğru münasibsizliyinə.

Samir Cabbarov

OXŞAR XƏBƏRLƏR
Zaxarova: Azərbaycana təzyiq göstərmək faydasızdır

Zaxarova: Azərbaycana təzyiq göstərmək faydasızdır

İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib - YENİLƏNİB

Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk konqresi keçiriləcək

Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk konqresi keçiriləcək

XƏBƏR LENTİ
  • 19:01

    Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
  • 18:41

    Makron “Anna Kiyev briqadası”nı fransız silahları ilə təchiz edəcəyinə söz verib
  • 18:35

    Mario Balotelli yenidən Seria A-ya qayıdır
  • 18:26

    Ermənistanın imzalamaqdan imtina etdiyi bəyanatlar hazırlanarkən rəsmi İrəvanın təkliflərinin əksəriyyəti nəzərə alınıb
  • 18:17

    Suriyanın şimalında iki terrorçu zərərsizləşdirilib
  • 18:00

    Zaxarova: Azərbaycana təzyiq göstərmək faydasızdır
  • 17:54

    İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib - YENİLƏNİB
  • 17:52

    Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk konqresi keçiriləcək
Menyu