http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şəxsin psixoloji probleminin olub-olmadığı necə müəyyənləşdirilir?

06 Aprel 2023 , 00:13
4474
Şəxsin psixoloji probleminin olub-olmadığı necə müəyyənləşdirilir?

Son zamanlar insanlar arasında aqresiya, psixoloji gərginlik müşahidə olunur. Depressiya, ruhi xəstəlik, özünə qapanma və onların ilkin izləri ilə bağlı psixoloq Elnur Rüstəmov “Operativ Media”ya danışıb.

- İnsanlarda psixoloji gərginlik, (ruhi xəstəlik) adlandırdığımız vəziyyətin ilkin izləri hansılardır?

- Ümumiyyətlə, bunu bəlli etmək üçün vizual müşahidə lazımdır. Bir insanın hərəkətlərində, davranışında adekvat olmadığını müşahidə edirik, bu pisxologiya elmi dilində “vizual müşahidə” adlanır. Müşahidələr nəticəsində bu hərəkətlər artdığı tədqirdə, proyektiv testlər ilə yoxlanış olunur və onun nəticəsində fərdin hər hansı bir pisxoloji və yaxud pisixoterapik problemi ilkin olaraq müəyyənləşdirilir və həmin situasiyada artıq həkim psixiatr yoxlanışı tələb olunur.

 - İnsanın davranışının onun pisxologiyasının gözlə görünən tərəfi adlandırmaq olarmı?

 - Tutaq ki, bir insan çox yaxşı idi,  sonradan dəyişdi - ünsiyyət quran, deyib-gülən insan zaman keçdikcə özünə qapandı, heç kəslə ünsiyyət qurmadı, bütün gün yatdı. Bunlar normal deyil. Belə hallar yoxlanış tələb edən məqamlardır.

 - Pisxoloji gərginlik indi hansı həddədir?

- Pisxoloji problemlər dayanmadan artır, buna da təsir göstərən çoxlu faktorlar var, onlardan ən başlıcası bizim internet əsrində yaşamağımız, hər şeyin sürətlə dəyişməsidir.

- Sizin fikrinizcə, məlumatların çoxluğu insan həyatına mənfi təsir göstərir?

- Əlbəttə, bu gün gərginliyin böyük bir qismi məlumatın çoxluğundan yaranır. İnsanların həyat tərzi çətinləşir, yaşamaq, üçün sıxıntılarla üzləşir, istədikləri bir çox amilləri əldə edə bilmirlər və bu məqamların hamsı ilkin təsirlərdir.

- Yəni normadan artıq məlumat bizi uçuruma aparan yolun başlanğıcıdır? 

- Biri var insanın real ehtiyacları, bir də formalaşdırılan ehtiyaclar. Maslo deyirdi ki, "insanın fizoloji ehtiyacları var. Bu onun təlabatlarıdır, təhlükəsizlikdir, sevməsidir, ən sonda gəlir piramida özünü aktuallaşdırma. Amma bu gün bizim müşahidə etdiyimiz nədir?  Hazırki,  dövrümüzdə elə şeylər var, onlar sadəcə ehtiyac meyarı kimi təqdim olunur. Bu gün insanlar o problemlərlə rastlaşırlar. Məsələn, əlində telefon  olan  insan fikirləşir ki, mənim niyə son model telefonum yoxdur? O qədər alternativlər var ki, istər-istəməz insan psixologiyasına təsir göstərir. Yaşadığımız mühitin özünün yaratmış olduğu reallıqları var, insanlar da buna dayanıqlı olmalıdır.

 - Qeyd etdiniz ki, insanlar əlində olanlarla qane olmurlar. Fikrinizcə, bu insanları eqostliyə doğru aparır?

Mövcud həyat şəraiti insanı eqostliyə gətirib çıxarır. Öncələr uşaq sayı çox idi, amma indi əksər evlərdə bir-iki uşaq var. Bu uşağın eqoist böyüməmə şansı varmı? Prosseslər belə davam edir, reallıq özü məcbur edir ki, insan eqoist olsun, özünü fikirləşsin.

- Bəs insanlar bu eqoizmdən necə qorunmalıdır?

- Eqo ruhu çirkinləşdirir, insanı ətraf mühitdən uzaqlaşdırır. Sadalanan xüsusiyyətlərdən qorunmaq üçün pisxoloji maarifləndirmələr, profilaktik tədbirlər görməliyik. Fərdlər arasında emosionallıq, pisxolojidayanıqlıq lazımdır.

- İnsan nə qədər güclü olmalıdır ki, ətrafından gələn təsirlər, informasiyalar onun pisxologiyasına təsir etməsin?

- Bunun üçün dünya təhsili qabardır, ön plana çəkir. Belə bir deyim var: "Təhsil fasiləsizdir". İnsan ömür boyu oxumalıdır, motivasiya üstünlük təşkil etməlidir və fərdin özünəməxsus rejimi olmalıdır, amma biz onu nə dərəcədə tədbiq edə bilirik, məsələ bundadır.

- Tez ruhdan düşən insanlar adını qeyd etdiyimiz problemlərlə necə mübarizə aparmalıdır?

- Belə insanlar, pisxologiyası zəif olan insanlardır. O insanlara güclü dəstək göstərilməlidir. Pisxoloji dəstək əslində bağçada, məktəbdə aparılmalıdır və bu cəmiyyətin ictimai praktikasına çatmalıdır. Pisxoloji dəstək insanlar arasında doğulduğu andan başlamalıdır. Yapon mütəfəkkirləri deyir "21-ci əsr psixologiya əsridir". Bu gün hərşey psxologiyanın üzərində fırlanır.

Ayşən Azadova

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu