http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Kapital Bank 49 müştərinin kreditini ödəyib

06 Aprel 2023 , 11:10
389
Kapital Bank 49 müştərinin kreditini ödəyib

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün yenidən “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirirdi. Şərtlərə görə 6 fevral – 29 mart 2023-cü il tarixləri arasında onlayn müraciət kanalları (kapitalbank.az , birbank.az , umico.az saytları, Birbank mobil tətbiqi, 8196 qısa nömrəsinə 1 yazaraq, (+99450) 999 81 96 WhatsApp nömrəsindən və ya sosial şəbəkələrdən) vasitəsilə nağd pul krediti götürən müştərilər iki iştirak şansı, Kapital Bank filiallarından nağd pul krediti götürənlər isə bir iştirak şansı qazanaraq avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərdilər.

"Operativ Media" banka istinadən xəbər verir ki, 5 aprel tarixində lotereyanın 2-ci tirajı keçirilib və daha 23 müştəri kreditinin aylıq ödənişini (500 AZN-dək) hədiyyə qazanıb. Həmçinin ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödənildi. Qaliblərin siyahısı sayta əlavə olunub – https://kbl.az/kbgtkl .

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 13%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına , Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir. Kredit şərtləri və lotereya barədə ətraflı məlumat üçün - https://kbl.az/kbgtkl .

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt , Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd .

OXŞAR XƏBƏRLƏR
"Ofis Sistem.az" şirkəti qanunvericiliyin tələbini pozduğuna görə cərimələnib

"Ofis Sistem.az" şirkəti qanunvericiliyin tələbini pozduğuna görə cərimələnib

Bakıda NCQG üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub

Bakıda NCQG üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib

XƏBƏR LENTİ
  • 14:18

    "Ofis Sistem.az" şirkəti qanunvericiliyin tələbini pozduğuna görə cərimələnib
  • 14:17

    Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib
    Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib
  • 14:12

    Bakıda NCQG üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub
  • 14:04

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib
    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib
  • 13:59

    İran parlamentinin bir qrup deputatı nüvə silahı yaratmaq tələbi ilə Təhlükəsizlik Şurasına müraciət edib
  • 13:54

    Azərbaycanda yeni futbol klubu yaradılıb
  • 13:52

    Kimya üzrə Nobel mükafatı laureatları açıqlanıb
  • 13:46

    Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
Menyu