http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ağsuda narkotikin təsiri altında yük avtomobili idarə edən sürücü saxlanılıb

06 Aprel 2023 , 11:25
Ağsuda narkotikin təsiri altında yük avtomobili idarə edən sürücü saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında yük avtomobili idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, sürücü Elmin Azəroğlu idarə etdiyi “Kamaz” markalı avtomobil ilə şəhər ərazisində qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən E.Azəroğlunun narkotik vasitə istifadə etdiyi məlum olub. 

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol tərtib edilərək 400 manat cərimə olunub.

OXŞAR XƏBƏRLƏR
Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

Bakıda Trendyol nümayəndəliyinin açılışı olub

Bakıda Trendyol nümayəndəliyinin açılışı olub

XƏBƏR LENTİ
  • 13:07

    Qəzzada həlak olanların sayı 42 mini ötüb
  • 12:58

    Sabah 30 dərəcə isti olacaq
  • 12:42

    İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
  • 12:39

    Bakıda Trendyol nümayəndəliyinin açılışı olub
  • 12:31

    Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
  • 12:23

    Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) matçının hakim təyinatları açıqlandı
  • 12:23

    Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək
  • 12:14

    BMT Baş katibinin birinci müavini bu gün Azərbaycana səfər edəcək
Menyu