http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Forbes” ən zənginləri açıqladı

06 Aprel 2023 , 22:33
869
“Forbes” ən zənginləri açıqladı

“Louis Vuitton” və “Sephora” kimi brendlərin daxil olduğu Fransa konqlomeratı LVMH-nin idarə heyətinin sədri Bernard Arno siyahıda bu ilin ən zəngin adamı kimi yerini alıb. 2022-ci ildə sərvətinin ümumi dəyəri 158 milyard dollar olan 74 yaşlı fransız iş adamının sərvətinin ümumi dəyərinin 211 milyard dollar yüksəldiyi açıqlanıb. Beləliklə, o, keçən ilin birincisi İlon Maskdan önə keçib.

"Operativ Media" Forbes”in yaydığı məlumata istinadən xəbər verir ki, İlon Mask bu il “kasıblaşıb”. O, keçən il dəyəri 219 milyard dollar olan sərvətinin bir hissəsini itirib və bu il 180 milyard dollar xalis sərvət ilə siyahıda ikinci yeri tutub.

Növbəti pillələrdə 114 milyard dollarlıq sərvətlə “Amazon” şirkətinin baş direktoru Ceff Bezos, 107 milyard dollarlıq sərvətlə “Oracle” proqram təminatı şirkəti direktorlar şurasının sədri Larri Ellison və 106 milyard dollarlıq sərvətlə ABŞ investoru Uorren Baffet gəlir.

“Microsoft”un qurucusu, vaxtilə dünyanın ən zəngini olmuş Bill Qeytsin adı 104 milyard dollarlıq sərvətlə siyahıya dünyanın 6-cı ən varlı adamı kimi daxil edilib.

2022-ci ildə 2.668 olan milyarderlərin sayı bu il azalaraq 2.640-a düşüb. Dünya milyarderlərinin sərvətlərinin ümumi dəyəri də aşağı düşüb: bu rəqəm keçən il 12 trilyon 700 milyard dollar olduğu halda, bu il 500 milyard dollar azalaraq 12 trilyon 200 milyard hesablanıb.

Milyarderlərin böyük əksəriyyəti ABŞ iş adamlarıdır. Milyarderlərin 735-i ABŞ-nin payına düşür. Sonrakı yerlərdə 562 milyarderlə Çin, 169 milyarderlə Hindistan gəlir.

“Forbes” bu ili dünyanın ən varlı adamları üçün “düşərsiz” il kimi qiymətləndirib.

 

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
Menyu