http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb

08 Aprel 2023 , 10:23
İranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb

“Mobil” şərti adı altında Bakıda narkotik vasitələrin satışını təşkil edən iranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Mobil” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin “Mobil” adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 
 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Agentlik: Hazırda sosial xidmət müəssisəsində əlilliyi olan 280 uşaq var

Agentlik: Hazırda sosial xidmət müəssisəsində əlilliyi olan 280 uşaq var

Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub

Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub

XƏBƏR LENTİ
  • 09:28

    İsrail ordusu “Hizbullah”ın qərargah rəisini öldürüb
  • 09:23

    Didye Deşam Mbappeni milliyə dəvət etməməsinin səbəbini açıqlayıb
  • 09:22

    Azərbaycan neftinin qiyməti 83 dollara çatıb
  • 09:13

    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 08:37

    Beyləqanda narkokuryerlik edən şəxslərdən 15 kiloqram marixuana aşkarlanıb
  • 08:32

    Əl-Cəzirə: İsrail bir il ərzində 108 fələstinli jurnalisti həbs edib
  • 08:18

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:34

    21-ci əsrin ən yaxşı Premyer Liqa məşqçiləri açıqlanıb
Menyu