http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB

08 Aprel 2023 , 20:35
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB

7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.

Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. 

Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.


***
 

19:38

Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub.

"Tasnim” xəbər verir ki, telefon danışığı zamanı Bakı ilə Tehran arasında ikitərəfli münasibətlərin inkişafı və bəzi regional məsələlərlə bağlı geniş müzakirələr aparıblar.

Bu səmimi və şəffaf söhbətlərdə mövcud problem və anlaşılmazlıqlar və mövcud vəziyyətdən çıxış yolları müzakirə edilib, fikir mübadiləsi aparılıb.

 

Bu zaman tərəflər mehriban qonşuluq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörməti vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR
Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub

Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub

Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən baxacaq

Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən baxacaq

XƏBƏR LENTİ
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
  • Dünən
    23:08

    Suriyada ABŞ istehsalı olan 16 silah anbarı aşkar edilib
  • Dünən
    22:33

    Gürcüstan ABŞ və Aİ ilə münasibətlərə yenidən baxacaq
  • Dünən
    22:05

    Azərbaycan millisi İspaniyaya məğlub oldu
  • Dünən
    21:53

    Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB
  • Dünən
    21:38

    MDB iclasında Ermənistan iki bəyanata qoşulmayıb
Menyu