http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb

10 Aprel 2023 , 15:57
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb

 

Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçuları və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bir qrup nümayəndəsinin iştirakı ilə Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib. Görüşlərdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu siyasətində hər zaman milli-mənəvi dəyərlərimizi yüksək tutub, adət-ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanındığı diqqətə çatdırılıb. Keçirilən görüşlər zamanı şəxsi heyətlə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” və digər mövzularda geniş söhbətlər aparılıb, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

XƏBƏR LENTİ
  • 10:31

    Həftəsonu 32 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:29

    Azərbaycan MDB-nin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib
  • 10:12

    Tarixdə ilk dəfə: “Neftçi” 3 qol vurub uduzdu
  • 10:08

    NİİM toy karvanlarındakı neqativ hallarla bağlı sürücülərə müraciət edib
  • 10:00

    Ermənistan gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürməyəcəyinə dair öhdəlik götürür
    Ermənistan gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürməyəcəyinə dair öhdəlik götürür
  • 09:59

    Bakıda hərbi sursatlar aşkarlanıb
  • 09:41

    Neftin qiyməti cüzi azalıb
  • 09:30

    "Zirə"nin legioneri 100-ə çatdı
Menyu