http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyənləşib

11 Aprel 2023 , 11:32
İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyənləşib

Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanunda qeyd edilib ki, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir:

Mühafizə avtomobili ilə:

1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;

2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;

3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;

4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;

Mühafizə və müşayiət avtomobili ilə:

1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;

2. nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda;

3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;

4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda;

5. daşınma prosesində iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin tənzimlənməsi üzrə bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur.

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

OXŞAR XƏBƏRLƏR
Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Göygöldə qəza olub, xəsarət alanlar var

Göygöldə qəza olub, xəsarət alanlar var

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Azərbaycanın güllə atıcısı dünya çempionu olub
  • Dünən
    22:23

    Hollandiya Ukraynaya 24 ədəd F-16-dan ilk partiyasını təhvil verib
  • Dünən
    22:00

    Azərbaycan millisinin heyətində dəyişiklik oldu
  • Dünən
    21:58

    Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi
  • Dünən
    21:23

    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
  • Dünən
    21:07

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  • Dünən
    21:00

    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
  • Dünən
    20:44

    Göygöldə qəza olub, xəsarət alanlar var
Menyu