http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Voleybol Federasiyasının yeni prezidenti bəlli oldu

11 Aprel 2023 , 16:59
Voleybol Federasiyasının yeni prezidenti bəlli oldu

Bu gün Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçirilib.

"Operativ Media" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. Çıxış edən federasiya prezidenti ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib:

“Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq”.

Bağırov həmçinin federasiyanın öncəki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib. Voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib.

Yığıncaqda həmçinin Faiq Qarayev və Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.

Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış ediblər. Qarayev voleybolun inkişafına göstərdiyi dəstəyə görə federasiyanın sabiq prezidenti Cavid Qurbanova təşəkkür plaketi təqdim edib

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın güllə atıcısı dünya çempionu olub

Azərbaycanın güllə atıcısı dünya çempionu olub

Azərbaycan millisinin heyətində dəyişiklik oldu

Azərbaycan millisinin heyətində dəyişiklik oldu

Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi

Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Azərbaycanın güllə atıcısı dünya çempionu olub
  • Dünən
    22:23

    Hollandiya Ukraynaya 24 ədəd F-16-dan ilk partiyasını təhvil verib
  • Dünən
    22:00

    Azərbaycan millisinin heyətində dəyişiklik oldu
  • Dünən
    21:58

    Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi
  • Dünən
    21:23

    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
  • Dünən
    21:07

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  • Dünən
    21:00

    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
  • Dünən
    20:44

    Göygöldə qəza olub, xəsarət alanlar var
Menyu