http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bərdədə qumbaraatanı 3300 manata satmaq istəyən şəxs saxlanılıb

12 Aprel 2023 , 13:36
Bərdədə qumbaraatanı 3300 manata satmaq istəyən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə qumbaraatan silahını əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil Vəliyev tutulub. Onun yaşadığı ünvandan "RPQ" markalı qumbaraatan silahı aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib

Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq

Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib

XƏBƏR LENTİ
  • 18:02

    İsrail qırıcıları “Hizbullah" hədəflərinə hücum edib
  • 17:38

    Ermənistanda hərbi hissədə hərbçi güllələnib
  • 17:21

    Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib
  • 16:05

    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Menyu