http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Ölkəyə qanunsuz gətirilən 81 "iPhone" markalı telefon aşkarlanıb

26 Sentyabr 2022 , 12:26
Ölkəyə qanunsuz gətirilən 81 "iPhone" markalı telefon aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Doha-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən “Qırmızı kanal”a yönləndiriliblər. Vətəndaşlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib. Yoxlama zamanı Rusiya Federasiyası vətəndaşının çamadanından 40 ədəd, Azərbaycan Respublikası vətəndaşının çamadanından isə 41 ədəd olmaqla ümumilikdə 81 ədəd əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan müxtəlif yaddaşlarda “iPhone” markalı (15 ədəd “iPhone 14 Pro 128gb”, 20 ədəd “iPhone 14 Pro 256gb”, 5 ədəd “iPhone 14 Pro 512gb”, 20 ədəd “iPhone 14 Pro Max 128gb”, 20 ədəd “iPhone 14 Pro Max” 256gb”, 1 ədəd iPhone 13 Pro 256 gb”) mobil telefonlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu