http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ağdaşda onlayn yolla narkotik alan qadın və kişi saxlanılıb

13 Aprel 2023 , 08:56
Ağdaşda  onlayn yolla narkotik alan qadın və kişi saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və oğurluq cinayəti törədən ümumilikdə 16 nəfər tutularaq istintaqa təqdim olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotiklərin satışını həyata keçirən Salyan rayon sakini Rafiq Rüstəmov və Ağdaş şəhər sakini Kəmalə Mustafayeva saxlanılıb. Şəxsi axtarış zamanı Kəmalə Mustafayevadan 46 bükümdə satış məqsədilə üzərində daşıdığı heroin və metamfetamin, eləcə də “Tramadol” həbləri, Rafiq Rüstəmovdan isə heroin və psixotrop tərkibli dərmanlar aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduqları “Rasim” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə 300 manata əldə etdikləri məlum olub.

Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər məsuliyyətə cəlb edilib. Onların üzərindən və bəzilərinin yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təhvil verilib.

Aprelin 9-da isə rayonun Zeynəddin kəndində yerləşən istixanadan ümumi dəyəri 1000 manatdan artıq olan qaynaq aparatının, təmir-tikinti alətlərinin, elektrik naqillərinin və digər avadanlıqların oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin Allahverdi Söyünalıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladıqlarının bir hissəsini satdığı, qalanlarını isə yaşadığı ünvanda gizlətdiyi məlum olub. Tədbirlərin davam olaraq onun gizlətdiyi əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

XƏBƏR LENTİ
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
  • 09:21

    Tunisdə prezident seçkiləri keçiriləcək
  • 09:02

    Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb
  • 08:29

    Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
Menyu