http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Dəmir yollarınndan dəyəri 10 min manat olan 6 ədəd drossel-tansformatorlar oğurlayan şəxslər saxlanılıblar

13 Aprel 2023 , 14:39
Dəmir yollarınndan dəyəri 10 min manat olan 6 ədəd drossel-tansformatorlar oğurlayan şəxslər saxlanılıblar

Dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatorlar naməlum şəraitdə oğurlanıb.

Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində maddi sübutlarla birlikdə saxlanılıblar.

Onlardan oğurladıqları transformatorların bir hissəsi və hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində digər transformatorları hissələrə ayıraraq Səbail rayonu Bayıl qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Qeyd edək ki, dəstə üzvlərinin oğurladıqları drossel-transformatorları dəmir yollarında qatarların hərəkətinin nizamlanması zamanı istifadə edilən işıqforların fəaliyyətini tənzimləyən  əsəs elektrik qidalandırıcıdır. Bu hadisə nəticəsində dəstə üzvləri dəmir yolları təsərrüfatına 10 min manata yaxın maddi ziyan vurublar. 

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

XƏBƏR LENTİ
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
  • Dünən
    21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • Dünən
    21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Menyu