http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Şamaxı" klubu bəyanat yaydı

13 Aprel 2023 , 16:28
"Şamaxı" klubu bəyanat yaydı

"Şamaxı" klubu bəyanat yayıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatda klubun strategiyası və hədəfləri haqda məlumat verilib. Bəyanatda bildirilir:

Komandamız 2022-ci ilin iyul ayından etibarən Şamaxı rayonunda yerləşən və hər bir şəraiti olan “Şirvan” otel-kompleksində məskunlaşmışdır. Rayonda fəaliyyət göstərdiyi 9 ay ərzində maddi-texniki bazanın yaradılması, infrastrukturun qurulması, komandanın müasir avtobus ilə təmin edilməsi istiqamətində bir çox işlər görülmüşdür.

“Şamaxı “ Futbol Klubu bu mövsümün əvvəlində yeni strategiya müəyyən edərək yerli oyunçuların üzə çıxarılıb inkişaf etdirilməsi və onların ölkə futboluna qazandırılması istiqamətində çalışmağa başlamışdır. Bu səbəbdən heyət yalnız gənc və təcrübəli yerli oyunçulardan formalaşdırılmış, mövsümə başlayarkən heyət üzvlərinin 15 nəfəri 23 yaşına çatmamış gənclər olmuş, oyunçuların böyük əksəriyyətinin Premyer Liqa təcrübəsi olmamış, sonrakı aylarda da daha çox gənclərin heyətə cəlb edilməsinə üstünlük verilmişdir. Eyni zamanda komandanın məşqçi heyəti də ölkə çempionatında debüt etmişdir. Gözlənildiyi kimi təcrübəli oyunçulardan və səviyyəli legionerlərdən formalaşdırılmış digər komandaların oynadığı çempionatda komandamız böyük çətinliklərlə üzləşmişdir. Ölkənin tanınmış futbol mütəxəssisləri və ekspertləri də mövsüm ərzində bu strategiya ilə uğur qazanmağın çox çətin olacağını dəfələrlə bildirmişlər.

Lakin, komanda daxilində olan məqsədyönlü inkişaf planı, ailə ab-havası, mehribanlıq və əzmkarlıq hesabına bu günə kimi bütün çətinliklərin öhdəsindən gəlməyi bacarmışıq və böyük bir mərhələni-komandanın ilkin formalaşması dövrünü arxada qoymuşuq. 

Sevindirici haldır ki, artıq bir neçə futbolçumuz ölkə futbolunda öz adından söz etdirməyə başlamış və ölkənin köklü klublarının maraq dairəsinə düşmüşdür. Mövsüm ərzində komandanın 6 oyunçusu ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının heyətlərinə cəlb edilmiş, onlardan 1 nəfəri isə mütəmadi olaraq əsas millinin heyətinə dəvət almışdır. 

Bu mövsüm rəhbərlik tərəfindən məşqçilər korpusunun qarşısında özünəməxsus oyun tərzi olan mübariz kollektiv formalaşdırmaq və Premyer Liqada yerini qorumaq hədəfi qoyulmuşdur ki, komanda üzvləri hal-hazıradək həmin hədəfə nail olmaq üçün əzmlə çalışır və bu hədəfə çatacağımıza inanırıq.

“Şamaxı” FK artıq yeni bir inkişaf mərhələsinə doğru irəliləmək üçün mühüm addımlar atmaqdadır. Klub rəhbərliyi, məşqçilər və inzibati heyət qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tərtib edilmiş plan üzrə yorulmadan birlikdə fəaliyyət göstərir. Biz yaxın gələcəkdə komandamızın məqsədlərinə çatacağına və ölkə futbolu adına uğur qazanacağına çox inanırıq. 

Yerli oyunçuların ölkə futboluna qazandırılması işində komandamıza verdikləri dəstəyə görə azarkeşlərimizə, idman jurnalistlərinə və futbol ictimaiyyətinə dərin minnətdarlığımızı bildiririk və bundan sonra da onların böyük dəstəyinə ehtiyacımızın olduğunu bəyan edirik".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi

Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan PL: "Səbail" "3 xalı 2 qolla qazandı

Azərbaycan PL: "Səbail" "3 xalı 2 qolla qazandı

XƏBƏR LENTİ
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
  • Dünən
    21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • Dünən
    21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Menyu