http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri dəyişib

13 Aprel 2023 , 18:09
"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri (həm də icraçı direktoru) dəyişib.

"Operativ Media" xəbər verir ki, indiyə qədər "Azərlotereya" rəhbərlik edən Zafer Reisoğlu Türkiyənin ən böyük şans və mərc oyunları şirkəti “Misli.com”a icraçı direktor vəzifəsinə təyinat alıb. Onu şirkətin Maliyyə departamentinin rəhbəri Osman Karakuş əvəz edib.

Yeni rəhbər 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsi dövlət idarəçiliyi ixtisası üzrə bitirib, Qalatasaray Universitetində iqtisadiyyat hüququ üzrə magistr təhsilini, 2016-2017-ci illərdə İngiltərənin Durham Universitetində MBA təhsilini tamamlayıb.

O, karyerasına 1997-ci ildə “Vakıfbank”da maliyyə analitiki kimi başlayıb, 2003-2004-cü illərdə “Kuveyt Türk”də maliyyə analitiki, 2004-2010-cu illərdə “Turkcell Inteltek”də maliyyə meneceri, 2010-cu ildə “Azerinteltek” QSC-də mühasibat, vergi və xəzinədarlıq meneceri vəzifələrində çalışıb.

2017-ci ildə “PepsiCo”da Qrup xəzinədarlığı və vergi meneceri kimi fəaliyyətə başlayan O.Karakuş 2020-ci ildə “Demirören Holding”in, 2021-ci ilin avqust ayından isə “Azərlotereya”nın komandasına qoşulub.

Prezident İlham Əliyevin “Azərlotereya”nın idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə tarixli sərəncamına əsasən, şirkətin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu