http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Hərbi attaşelər FHN Akademiyasında olublar

14 Aprel 2023 , 17:29
Hərbi attaşelər FHN Akademiyasında olublar

Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin hərbi attaşeləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olublar.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və Nazirliyin Baş hərbi eksperti polkovnik Fərhad Səmədovun iştirakı ilə keçirilən görüşə Türkiyə, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Bolqarıstan, Çin, Rusiya Federasiyası, Qazaxıstan, Koreya, Pakistan, Ukrayna, Polşa, Belarus, Rumıniya və Səudiyyə Ərəbistanı səfirliklərinin hərbi attaşeləri qatılıblar.

Əvvəlcə, qonaqlar ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qonaqları səmimi salamlayan Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyası Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 iyun 2008-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Ölkə başçısının diqqət və qayğısı sayəsində qısa müddət ərzində Akademiyanın müasir standartlara cavab verən maddi-texniki bazası formalaşdırılıb.

Akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verən B.Salayev ali təhsil müəssisəsində tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlandığını, fövqəladə halların qarşısının alınması ilə bağlı fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb.

O, tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və sağlam həyat tərzi keçirmələrinə xüsusi diqqət göstərildiyini vurğulayıb. Həmçinin, B.Salayev ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən bəhs edib, Akademiyanın fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin müvafiq təhsil müəssisələri ilə təcrübə mübadiləsindən danışıb.

Sonra Akademiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra hərbi attaşelər Akademiyanın Heydər Əliyev Mərkəzinə və Muzeyinə baş çəkib, fənn kabinetləri, laboratoriyalar, kitabxana, tədris və təlim bazası, tibb müəssisəsi və kursantların yataqxanası ilə yaxından tanış olublar.

Qonaqlar, həmçinin Nazirliyin İdman-sağlamlıq klubunda da olublar.

Səmimi görüşə görə təşəkkür edən hərbi attaşelər peşəkar kadrların hazırlanması üçün yaradılmış yüksək səviyyəli şəraitin təqdirəlayiq olduğunu vurğulayıb və FHN Akademiyasının kollektivinə uğurlar arzulayıblar.

OXŞAR XƏBƏRLƏR
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

XƏBƏR LENTİ
  • 19:00

    Azərbaycan PL: "Səbail" "3 xalı 2 qolla qazandı
  • 18:25

    İsrail ordusu Hizbullahın hərbi infrastrukturuna yeni raket zərbələri endirib
  • 18:14

    Mahir Emreli oynadı, "Nürnberq" qələbə qazandı
  • 18:03

    Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib
  • 17:55

    22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
    22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
  • 17:45

    Azərbaycan cüdoçuları Dünya Çempionatında daha iki medal qazandılar
  • 17:05

    İranda terror aktının qarşısı alınıb
  • 16:47

    Bakı Təşəbbüs Qrupu Frankofoniya Zirvə Görüşündə Azərbaycan əleyhinə səslənən qərəzli ifadələrlə bağlı bəyanat yayıb
Menyu