http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Kürdəmirdə özünüməşğulluq proqramı əsasında müharibə iştirakçıları üçün yaradılan təsərrüfatlara baxış olub

14 Aprel 2023 , 17:55
Kürdəmirdə özünüməşğulluq proqramı əsasında müharibə iştirakçıları üçün yaradılan təsərrüfatlara baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovla birgə Kürdəmir rayonunda müharibə iştirakçıları üçün özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış keçiriblər.

Vətən müharibəsi iştirakçısı Röyal Mövlayev özünüməşğulluq proqramı çərçivəsində kişi bərbərxanası zərfi üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub. Digər müharibə iştirakçısı İmran Səlimov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin dəstəyi ilə mebellərin bantlanması üzrə kiçik biznes sahəsini yaradıb.

Hər iki müharibə iştirakçısı göstərilən sosial dəstəkdən razılıqlarını ifadə edib, qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramı çərçivəsində həmin kateqoriyalardan olan 17,4 min nəfər aktiv məşğulluq proqramlarına, o cümlədən 9,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • 17:05

    İranda terror aktının qarşısı alınıb
  • 16:14

    BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb
  • 15:55

    Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib
  • 15:28

    Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb
  • 15:27

    MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
  • 15:19

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb
  • 15:14

    “Emirates” İran və İraqa uçuş məhdudiyyətlərini oktyabrın 7-dək uzadıb
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
Menyu