http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Hacıqabulda avtoxuliqanlıq edən şəxs həbs olunub

15 Aprel 2023 , 08:34
Hacıqabulda avtoxuliqanlıq edən şəxs həbs olunub

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, rayon sakini Afiq Mirzəyev idarə etdiyi "BMW" markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə A.Mirzəyev  15 sutka inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 15:19

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb
  • 15:14

    “Emirates” İran və İraqa uçuş məhdudiyyətlərini oktyabrın 7-dək uzadıb
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
  • 14:35

    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
  • 13:53

    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
  • 13:27

    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
  • 13:22

    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
  • 12:37

    Bazar gününün havası açıqlanıb
Menyu