http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Rövlan Muradov: " Son zamanlar məhsuldar olmamağım mövqeyimin dəyişməsi ilə bağlıdır" - MÜSAHİBƏ

15 Aprel 2023 , 15:07
Rövlan Muradov: " Son zamanlar məhsuldar olmamağım mövqeyimin dəyişməsi ilə bağlıdır" - MÜSAHİBƏ

"Son zamanlar məhsuldar olmamağım mövqeyimin dəyişməsi ilə bağlıdır"

Bu sözləri "Operativ Media"ya müsahibəsində "Qəbələ" futbol klubunun futbolçusu Rövlan Muradov deyib. Futbolçunun müsahibəsini təqdim edirik:

- Azərbaycan Premyer Liqasında son 3-4 turdur sağ cinah müdafiəçisi kimi çıxış edirsiniz. Buna səbəb nədir?

- Bu baş məşqçimizin qərarıdır. Mən 4-5 mövqedə çıxış edə bilirəm. Ona görə hansı mövqedə çıxış etməyimə baxmayaraq maksimumu etməyə çalışıram.

- Qış fasiləsindən sonra sanki məhsuldarlığınız azalıb. Bunu mövqe dəyişikliyinə bağlamaq olar? 

- Bəli. Sağ cinah müdafiəçisi kimi çıxış etməyimin buna təsiri ola bilər.

- Bu baş məşqçinin müvəqqəti bir qərarıdır yoxsa necə?

- Bu haqda baş məşqçimiz danışsa daha yaxşı olar. Mənim üçün sağ, sol, 10 nömrə mövqeyi də rahatdır. Həmçinin müdafiənin sağ cinahı. Mövqeyimdən asılı olmayaraq əlimdən gələni etməyə çalışıram.

- Yeni mövqedə çıxış etməyiniz milliyə dəvət almağınıza təsir edə bilər?

- Hər zaman millidə oynamağa hazıram. Dəvətlə bağlı məşqçilər qərar verə bilər.

 - Ölkə xaricindən hər hansı bir təklif varmı?

- Şifahi təklif olub. Amma real təklif yoxdur. Əgər real təklif olarsa dəyərləndirməyi düşünürəm. Belə şansdan maksimum yararlanmaq istəyirəm. Hədəfim budur.

- Bu mövsüm digər mövsümlərlə müqayisədə daha maraqlıdır. Səbəbi nədə görürsüz?

- Hər bir komanda Avrokuboklara vəsiqə qazanmaq istəyir. Çox ağır oyunlar olur. Həm bir komandanın Premyer Liqanı tərk etməsi, həm də titullar uğrunda mübarizə qızğın şəkildə davam edir. Bu il məncə daha maraqlı çempionat gedir. Ümid edirəm bu marağı azarkeşlərə də ötürürük

OXŞAR XƏBƏRLƏR
Pol Poqba yaşıl meydanlara qayıdır

Pol Poqba yaşıl meydanlara qayıdır

Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək

Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək

Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu

Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu

XƏBƏR LENTİ
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
  • 10:20

    DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb
  • 10:05

    Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
Menyu