http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

15 Aprel 2023 , 18:50
Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş verən hadisəni – bir nəfərin Azərbaycan Bayrağını yandırmasını qəti şəkildə pisləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Federasiyanın bəyanatında bildirilib:

“Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hücum kimi nəzərdən keçirir.

Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir".

Federasiya Təşkilat Komitəsindən təcili tələb olunan əlavə tədbirlərin həyata keçirilməsini izləyəcək.

Avropa Ağır Atletika Federasiyası baş verənlərə təəssüf edib. Qeyd edilib ki, Federasiya üzvləri Azərbaycan idmançıları Ermənistanı tərk edənə qədər heyət üçün bütün təhlükəsizlik şəraitinin təmin olunmasında birbaşa iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
  • 10:20

    DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb
  • 10:05

    Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
  • 09:38

    G20 Enerji Keçidi Nazirlər İclasında Azərbaycanın COP Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib
    G20 Enerji Keçidi Nazirlər İclasında Azərbaycanın COP Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib
  • 09:17

    Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
Menyu