http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində olub

15 Aprel 2023 , 20:34
Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində olub

"Heydər Əliyev İli" çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və zəngin siyasi irsi ilə tanış olublar.

Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev ümumilli liderin həyatı və ictimai-siyasi fəaliyyəti barədə hərbi qulluqçulara geniş məlumat verib. Bildirilib ki, üstün idarəçilik qabiliyyəti, uzaqgörənliyi və yüksək liderlik məziyyətləri ilə dünya siyasət tarixində seçilən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün həyatını ölkənin gələcək inkişafına, xalqın rifahına həsr edib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.

Bu gün ölkə Prezidenti, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizlə bu fikri bir daha təsdiqini tapdı.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzeydə ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, Moskvada çalışdığı və yaşadığı dövr, Azərbaycana rəhbərlik etdiyi illər və muxtar respublikada fəaliyyət dövrü zəngin materiallarla nümayiş etdirilir.

Hərbi qulluqçular dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

OXŞAR XƏBƏRLƏR
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb

DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb

Zərdabda narkokuryer saxlanılıb

Zərdabda narkokuryer saxlanılıb

XƏBƏR LENTİ
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
  • 10:20

    DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb
  • 10:05

    Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
  • 09:38

    G20 Enerji Keçidi Nazirlər İclasında Azərbaycanın COP Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib
    G20 Enerji Keçidi Nazirlər İclasında Azərbaycanın COP Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib
  • 09:17

    Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
Menyu