http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan ağırlıqqaldıranı: "Özlərini bütün dünyaya rüsvay elədilər"

15 Aprel 2023 , 22:23
Azərbaycan ağırlıqqaldıranı: "Özlərini bütün dünyaya rüsvay elədilər"

"Ermənilər bir daha öz zəifliklərini göstərdilər, bizimlə idman meydanında rəqabət aparmaqdan qorxdular”.

“Operativ Media" xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İsa Rüstəmov (67 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

İdmançı bildirib ki, İrəvandakı yarışa həm fiziki, həm də psixoloji cəhətdən çox ciddi hazırlaşmışdılar: “Təəssüf ki, açılış mərasimində bayrağımıza qarşı təxribat oldu. Ermənistanın baş naziri Nikol Paşinyan özü də açılış mərasimində idi. Buna baxmayaraq, təxribat törətdilər. Özlərini bütün dünyaya rüsvay elədilər”.

O, 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunlarında ermənilərin iştirak etdiklərini də xatırladıb: “Onlar əsl qonaqpərvərliklə qarşılanmışdılar. İstənilən halda İrəvandan qalib dövlətin qalib idmançıları kimi qayıtdıq. Bizə dəstək nümayiş etdirdiyi üçün cənab prezidentimizə, birinci vitse-prezidentimizə və xalqımıza təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

OXŞAR XƏBƏRLƏR
Pol Poqba yaşıl meydanlara qayıdır

Pol Poqba yaşıl meydanlara qayıdır

Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək

Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək

Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu

Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu

XƏBƏR LENTİ
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
  • 10:20

    DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb
  • 10:05

    Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
  • 09:38

    G20 Enerji Keçidi Nazirlər İclasında Azərbaycanın COP Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib
    G20 Enerji Keçidi Nazirlər İclasında Azərbaycanın COP Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib
  • 09:17

    Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
Menyu