http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ağcabədidə narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

17 Aprel 2023 , 09:02
Ağcabədidə narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Ağcabədidə polislər şərti adı “Peyman” olan İran vətəndaşından onlayn yolla narkotik alan şəxsi saxlayıb, ondan külli miqdarda narkotik vasitələr götürülüb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Kəhrizli kənd sakini əvvəllər məhkum olunmuş Dəyanət Nəcəfov saxlanılıb. Bu əməliyyat zamanı ilk olaraq saxlanılan D.Nəcəfovdan satmaq istədiyi heroin və metamfetamin bükümləri götürülüb. Onun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də aşkara çıxarılıb. Belə ki, D.Nəcəfovun həmkəndlisi Qadir Məmmədovdan sadalanan narkotikləri aldığı müəyyən edilib. Əməliyyatın növbəti mərhələsində əvvəllər məhkum olunmuş Q.Məmmədovun yaşadığı ünvana təxirəsalınmaz baxış keçirilib. Buradan külli miqdarda - 1 kiloqram 675 qram heroin və 325 qram metamfetamin aşkar edilərək götürülüb. Q.Məmmədovun ətrafında aparılan araşdırmalarla “Peyman” adlı İran sakini ilə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsi qurduğu müəyyən edilib. Tərəflər arasında sonuncu dəfə onlayn alqı-satqıdan sonra Q.Məmmədov narkotiki Bakı şəhərindən götürərək Ağcabədi rayonuna gətirib ki, burada polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutulub. Adıçəkilən şəxslər barəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zərdabda narkokuryer saxlanılıb

Zərdabda narkokuryer saxlanılıb

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

XƏBƏR LENTİ
  • 09:17

    Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
  • 09:05

    Zərdabda narkokuryer saxlanılıb
  • Dünən
    23:46

    İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
Menyu