http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası təsdiq edilib

17 Aprel 2023 , 15:19
DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası təsdiq edilib

“Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib.

"Operativ Media"  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənədə əsasən, sərbəst vəsait dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir. Dəyişikliyə görə, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və onların uçotu ayrıca aparılacaq.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçiriləcək.
Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.2.11-ci yarımbəndinə əsasən, sosial sığorta haqları üzrə sərbəst vəsaitin yerləşdirilməsi ilə bağlı investisiya fəaliyyətindən gəlir əldə etmək Fondun hüququdur. Qeyd ediləni nəzərə alaraq, dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə həmin fəaliyyətin hüquqi əsaslarının müəyyən edilməsi üçün “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi zərurəti yaranıb.
Dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.

Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.

Bununla belə layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Respublikasının Mərkəzi bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib

Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu