http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Dövlət Sosial Müdafiə Fondu sərbəst vəsaitlərini investisiyaya yönəltmək imkanına malik olacaq

17 Aprel 2023 , 16:29
Dövlət Sosial Müdafiə Fondu sərbəst vəsaitlərini investisiyaya yönəltmək imkanına malik olacaq

Prezident İlham Əliyev tərəfindən bu gün “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun və “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Fərman imzalanıb.

ƏƏSMN-dan "Operativ Media"ya verilən məlumata görə, yeni qanunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sərbəst vəsaitlərini investisiyaya yönəldilməsi imkanına malik olacaq. Bununla əlaqədar Qanuna sərbəst vəsait və investisiya gəliri anlayışları da əlavə olunub. Sərbəst vəsait dedikdə, DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri dedikdə isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq nəzərdə tutulur.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq. 

Qaydada sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri qeyd olunur. Bu şərtlərə görə, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalı, banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizi həcmindən çox olmamalıdır. Həmçinin banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.

Sərbəst vəsait isə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda və Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklarda depozitə qoyulur. 

Qaydaya əsasən, Fondun investisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:

- investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;
- sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;
- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.

İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcək.

    

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu