http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İşsizlikdən sığorta fondunun sərbəst vəsaiti də investisiyaya yönəldiləcək

17 Aprel 2023 , 17:38
İşsizlikdən sığorta fondunun sərbəst vəsaiti də investisiyaya yönəldiləcək

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları ilə işsizlikdən sığorta fondunun sərbəst vəsaitinin də investisiyaya yönəldilməsi nəzərdə tutulur və  fondun sərbəst vəsaitinin banklarda depozitə qoyulma şərtləri, həmin investisiya gəlirlərindən istifadə istiqamətləri müəyyən olunur.

ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, “İşsizlikdən sığorta haqqında” Qanunda edilən yeni dəyişikliklə Qanuna “sərbəst vəsait” və “investisiya gəliri” anlayışları əlavə edilib. Bu anlayışlara görə, işsizlikdən sığorta fondunun sərbəst vəsaiti fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıqdır. Fondun investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanaraq onların uçotu ayrıca aparılacaq. 

“İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”na əsasən, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalı, banklara depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizini ötməməlidir. 

Habelə depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır. 

Sərbəst vəsait ölkəmizdə fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara depozitə yerləşdiriləcək.

İnvestisiya gəlirlərindən isə:
 investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri,
 “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş məşğulluq tədbirləri ilə bağlı islahatların maliyyələşdirilməsi,
 müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi,
 işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması ilə bağlı xərclər,
 Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə istifadə olunacaq.

İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcək.

OXŞAR XƏBƏRLƏR
Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu