http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ziraat Bank Azərbaycan “Yaşıl Gələcək” layihəsi çərçivəsində ağac əkdi

18 Aprel 2023 , 11:12
Ziraat Bank Azərbaycan “Yaşıl Gələcək” layihəsi çərçivəsində ağac əkdi

Fəaliyyətində daim sosial yönümlü layihələrə xüsusi  önəm verən  Ziraat Bank Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” adlı genişmiqyaslı ağacəkmə layihəsinə qoşularaq müştərilərinin adına ağac əkib. Layihə çərçivəsində Bank tərəfindən Xocasən qəsəbəsində baharın gəlişi münasibətilə müştərilərinin adına 1000-ə yaxın zeytun ağacı əkilib və suvarma sistemi quraşdırılıb.

Qeyd edək ki, müştərilərin adına qəsəbədə ağacların əkilməsini Ziraat Bank Azərbaycanın əməkdaşları övladları ilə birlikdə həyata keçirib və bank tərəfindən mart ayında həyata keçirilən “Novruz” layihəsinin sonuncu mərhələsi olaraq gerçəkləşdirilib. Layihə çərçivəsində Bank əməkdaşları və övladlarına nazirlik tərəfindən ağacların əkilməsinə dair xüsusi təlim də keçirilib. Ziraat Bank Azərbaycan uşaqların layihədə iştirakına xüsusi önəm verib. Belə ki, bank tərəfindən qeyd edilən məlumata əsasən  uşaqların bu kimi sosial layihələrdə aktiv iştirak etmələrinin və ölkəmizdə sağlam ekoloji mühitin yaradılmasına töhfə vermələrinin təbliğatının vacibliyi vurğulanıb.

Bank öz fəaliyyətində daima təbiətsevər addımları ilə diqqət mərkəzində olub. Bu yaxınlarda təqdim etdiyi Yaşıl Avto Kredit məhsulu ilə də təbiətə və ətraf mühitə xüsusi diqqət ayırdığını bir daha vurğulayıb. Belə ki, Bank Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığın artırılması məqsədi ilə kreditləşdirilmə şərtlərini asanlaşdırıb.

Həmçinin Ziraat Bank Azərbaycan  bu yaxınlarda Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə kampaniyasında da iştirak etmişdi.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
Minskdə “İstisu”nun təqdimatı olub

Minskdə “İstisu”nun təqdimatı olub

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcək

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcək

Azərbaycanla İtaliya şirkəti arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanla İtaliya şirkəti arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

XƏBƏR LENTİ
  • 20:59

    Nizami rayonunda evdə yanğın olub
  • 20:29

    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
  • 19:50

    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • 19:37

    SEPAH: İsrailin mümkün hücumlarına cavab olaraq neftayırma zavodlarını vuracağıq
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
  • 18:44

    Quterreş BRİCS-in sammitində iştirak edəcək
Menyu