http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Türkiyə ilə ticarət dövriyyəsində müsbət dinamika

18 Aprel 2023 , 13:59
Türkiyə ilə ticarət dövriyyəsində müsbət dinamika

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 178,161.3 min ABŞ dolları və ya 12,3 faiz artaraq 1 621 428,67 min dollar təşkil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "vergiler.az" Dövlət Gömrük Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.

Hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan Türkiyəyə 1 057 609,04 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 96 535,45 min dollar və ya 10 faiz üstələyir.

Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 16,9 faiz və ya 81 625,85 min dollar artaraq 563 819,63 min dollara çatıb.

Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 13,77 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,54 faiz bəndi çoxdur.

OXŞAR XƏBƏRLƏR
Minskdə “İstisu”nun təqdimatı olub

Minskdə “İstisu”nun təqdimatı olub

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcək

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcək

Azərbaycanla İtaliya şirkəti arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanla İtaliya şirkəti arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

XƏBƏR LENTİ
  • 17:18

    Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək
  • 17:16

    Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarını kənar yerlərə atan şəxslər 300 manat cərimələnəcək
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
Menyu