http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycanın daha bir güləşçisi Avropa Çempionatında medal qazana bilər

18 Aprel 2023 , 14:50
Azərbaycanın daha bir güləşçisi Avropa Çempionatında medal qazana bilər

Azərbaycanın daha bir güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

"Operativ Media" xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə təsəlliverici qarşılaşmada Coşua Finesilverə (İsrail) qalib gəlib.

O, üçüncü yer uğrunda dueldə Erik Aruşanyanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin, digər 4 sərbəst güləşçi də medal görüşlərində qüvvəsini sınacaq. 57 kq-da Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-da Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-da Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

79 kq-da yer alan Səbuhi Əmiraslanov isə bürünc medal qarşılaşmasında Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq

OXŞAR XƏBƏRLƏR
Azərbaycan cüdoçusu Dünya çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçusu Dünya çempionatında bürünc medal qazandı

"Yuventus" Serxio Ramosu transfer etmək istəyir

"Yuventus" Serxio Ramosu transfer etmək istəyir

AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi

AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi

XƏBƏR LENTİ
  • 17:18

    Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək
  • 17:16

    Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
Menyu