http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İlham Əliyev: “ASAN xidmət” bizim intellektual məhsulumuzun bir nümunəsidir

18 Aprel 2023 , 15:31
İlham Əliyev: “ASAN xidmət” bizim intellektual məhsulumuzun bir nümunəsidir

“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir.

"Operativ Media" xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”.

OXŞAR XƏBƏRLƏR
Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:20

    "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?
  • 15:17

    Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib
  • 15:08

    FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
  • 15:01

    Qəzzada ölənlərin sayı 42 minə yaxınlaşır
  • 15:00

    Minskdə “İstisu”nun təqdimatı olub
  • 14:58

    AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 14:53

    Məhkəmə "Ascend Group"u cərimələyib
  • 14:41

Menyu