http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezident: Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha göstərir ki, biz - bu torpaqların sahibləri dədə-baba torpaqlarımıza qayıtmışıq

18 Aprel 2023 , 15:48
Prezident: Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha göstərir ki, biz - bu torpaqların sahibləri dədə-baba torpaqlarımıza qayıtmışıq

Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir.

"Operativ Media" xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan dövlət başçısı bildirib: “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir”.

Artıq iki yaşayış məntəqəsində - Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev bildirib: “Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”.

 

 

OXŞAR XƏBƏRLƏR
Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub

Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub

Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür

Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

XƏBƏR LENTİ
  • 13:21

    Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub
  • 13:20

    Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür
    Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür
  • 13:15

    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
  • 13:15

    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
  • 13:08

    “Metalist” şirkəti məcburi auditdən yayındığına görə cərimə kəsilib
  • 13:06

    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
  • 13:00

    Prezident: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır
    Prezident: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır
  • 12:51

    Prezident: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi
    Prezident: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi
Menyu