http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İran hakimiyyəti 2022-ci ildə 582 nəfəri edam edib

20 Aprel 2023 , 10:27
224
İran hakimiyyəti 2022-ci ildə 582 nəfəri edam edib

İran hakimiyyəti 2022-ci ildə 582 nəfəri edam edib.

"Operativ Media" xəbər verir ki, məlumat İran İnsan Haqları (IHR) və "Ölüm cəzasına qarşı birlikdə" (ECPM) hesabatında dərc edilib.

Bu, 2021-ci ildə qeydə alınan rəqəmdən 75% çoxdur. Həmin vaxt 333 nəfər edam edilib. Bundan əlavə, bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.

Bununla belə, IHR hesabatında vurğulanır ki, bu, dəqiq rəqəm deyil, çünki iki fərqli mənbədən təsdiqlənə bilməyən edamlarla bağlı xəbərlər var.

582 edamın təxminən 88%-i və ya 511-i İran hakimiyyəti tərəfindən elan edilməyib. 

Ən azı 288 edam (49%) qətl ittihamı ilə həyata keçirilib. Bu, son 15 ildə ən yüksək göstəricidir. 

Ən azı 256 nəfər (44%) narkotiklə əlaqəli ittihamlarla edam edilib. 2021-ci ildə belə edamların sayı 126 (38%) olub. 

Edam edilənlər arasında ən azı 16 qadın və üç azyaşlının olduğu da qeyd edilir.

OXŞAR XƏBƏRLƏR
Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb

Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

XƏBƏR LENTİ
  • 10:07

    Həsən Nəsrullahın dəfn mərasimi sabah keçiriləcək
  • 10:02

    Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb
  • 09:53

    Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:50

    KİV: İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Beyruta 20-yə yaxın zərbə endirib
  • 09:45

    Messi dubl etdi, "İnter Mayami" çempion oldu
  • 09:40

    Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb
  • 09:37

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:27

    Dünya Çempionatında daha 2 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq
Menyu