http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023 , 11:00
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir, hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzulayır.

"Operativ Media" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Qeyd olunub ki, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.

İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin. ​

Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir.
 

OXŞAR XƏBƏRLƏR
Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb

Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb

Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 10:07

    Həsən Nəsrullahın dəfn mərasimi sabah keçiriləcək
  • 10:02

    Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb
  • 09:53

    Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:50

    KİV: İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Beyruta 20-yə yaxın zərbə endirib
  • 09:45

    Messi dubl etdi, "İnter Mayami" çempion oldu
  • 09:40

    Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb
  • 09:37

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:27

    Dünya Çempionatında daha 2 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq
Menyu