http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktiki tədbirləri genişləndirib

20 Aprel 2023 , 12:34
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktiki tədbirləri genişləndirib

Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri aprelin 19-da rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası — küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.

Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 5 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, 1 ədəd avtomat silahı aşkarlanıb, narkotiklə əlaqəli cinayətlərə görə 5 nəfər, küçə ticarəti ilə məşğul olduqlarına görə 16, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 12, xırda xuliqanlığa görə 8, xırda talamaya görə 3, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 374 fakt aşkar olunub.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 95 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 11 sürücü müəyyən edilib. 

Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 07:18

    ÇL: "Real Madrid" Fransada məğlub oldu
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
Menyu