http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İnsanları hava limanında işə düzəltmək adı altında aldararaq pullarını ələ keçirən şəxs saxlanılıb

20 Aprel 2023 , 14:01
İnsanları hava limanında işə düzəltmək adı altında aldararaq pullarını ələ keçirən şəxs saxlanılıb

Vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb.

"Operativ Media" xəbər verir ki, əməliyyat Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Arşadırmalar zamanı müəyyən edilib ki, Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Ona müraciət edən şəxsləri isə Rahil Fərəcov hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib. 

Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Rahil Fərəcovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Hava Nəqliyyatında Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 07:18

    ÇL: "Real Madrid" Fransada məğlub oldu
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
Menyu