http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İlk mərhələdə Talış kəndinin 29 sakini işlə təmin olunub, 9 sakin özünüməşğulluq proqramına cəlb olunub

20 Aprel 2023 , 16:05
İlk mərhələdə Talış kəndinin 29 sakini işlə təmin olunub, 9 sakin özünüməşğulluq proqramına cəlb olunub

Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonu, Talış kəndinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə kəndə köçürülən 20 ailə ilə görüşlər keçirilib. Təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib. 

Bunun nəticəsi olaraq kəndin artıq 29 sakininin məşğulluğu təmin edilib. Onlar müxtəlif vakansiyalar üzrə işlə təmin olunublar. 

Agentlik tərəfindən kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb olunması işləri də aparılır. Artıq 9 sakin özünüməşğulluq proqramına cəlb edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həmin şəxslər üçün biznes təlimləri təşkil edilib. Yaxın günlərdə onlara proqram çərçivəsində müxtəlif iqtisadi sahələr üzrə kiçik təsərrüfatlarını yaratmaları üçün avadanlıqlar veriləcək.

Talış kəndində fəaliyyət göstərən müəssisələr müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Həmin işəgötürənlərlə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə əməkdaşlıq edilməsi üçün işlər də aparılır. 

Proqrama cəlb olunacaq sakinlərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək ki, bununla  proqram həmin sakinlərin məşğulluğu ilə yanaşı, ərazidəki işəgötürənlərə də dəstək olacaq. 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu