http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

20 Aprel 2023 , 17:44
377
Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Baş Prokurorluğun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Şirin Məmmədov, Teymur Quliyevin və Yalçın İbadov ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, istintaqı aparılan cinayət işləri üzrə Şirin Məmmədovun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri (qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrik etmə), Teymur Quliyevin həmin Məcəllənin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq), Yalçın İbadovun isə həmin Məcəllənin 182.1-ci maddəsində (hədə qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Hər 3 şəxs Rusiya Federasiyası ərazisində saxlanılaraq aprelin 20-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu